Bakıdan Moskvaya uçan təyyarə məcburi eniş edib.
"APA-Economics"in “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 20:31-də yola düşən AZAL-ın J2-854 nömrəli reysinin kapitanı təyyarənin quş sürüsü ilə toqquşmasından sonra Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək barədə qərar verib.
Bakı vaxtı ilə 20:56-da təyyarə Bakının hava limanına uğurlu eniş edib.
AZAL-dan bildirilib ki, sərnişinlər Moskvaya başqa bir təyyarə ilə uçacaq.