Ombudsmanın əməkdaşları Biləsuvar Rayon Polis Şöbəsində başçəkmə həyata keçiriblər

Ombudsmanın əməkdaşları Biləsuvar Rayon Polis Şöbəsində başçəkmə həyata keçiriblər
# 27 iyul 2015 13:23 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Biləsuvar Rayon Polis Şöbənin (RPŞ) Müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmə zamanı saxlama şəraitinin araşdırılması məqsədilə MSY-ə baxış keçirilib, qidalanma, içməli, isti və soyuq su təminatı, tibbi yardım, gəzinti, görüş, sovqat və telefon danışıqları, kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılıb.

Habelə MPQ üzvləri tərəfindən həmin müəssisədə 8 nəfər saxlanılan şəxs fərdi qaydada qəbul edilib, onlarla təkbətək söhbətlər aparılıb.

Havaların isti keçməsi ilə əlaqədar havalandırma və soyutma sisteminin də çalışdığı müşahidə edilib.

Başçəkmə zamanı MSY-də saxlanılan şəxslər şəraitdən və müəssisə əməkdaşlarının onlarla rəftarından narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hər birinə hüquqi məsləhətlər verilib.

Milli və beynəlxalq qanunvericiliyə, o cümlədən Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına uyğun şəkildə sənədləşmənin təkmilləşdirilməsi və çatışmazlıqların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR