Xidmət rəisi: “Avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin elektronlaşdırılması istiqamətində iş gedir”

Xidmət rəisi: “Avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin elektronlaşdırılması istiqamətində iş gedir”
# 28 iyul 2015 09:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin elektronlaşdırılması istiqamətində iş gedir.

Bunu "APA-Economics"ə müsahibəsində Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.

“Hal-hazırda əsas planlardan biri kağız avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin ləğv edilərək elektronlaşdırılmasıdır. Yəni, bundan sonra icbari avtomobil sığortası da elektron formada olacaq. Bu da insanlara sığorta şəhadətnaməsini daha asan yolla evdə oturaraq internet vasitəsilə və yaxud ödəniş terminalları vasitəsilə əldə etməyə imkan verəcək”, - deyə N.Xəlilov vurğulayıb.

O əlavə edib ki, şəhadətnamələrin internet və yaxud ödəniş terminalı vasitəsilə alınması onların qiymətini aşağı salmağa şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR