Bunu APA-ya açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Bakı-2015 I Avropa Oyunlarını uğurla keçirilməsi münasibətilə Azərbaycanı, eləcə də bütün medalçıları təbrik edən M. Mard, bu oyunların Avropa idmançılarının bir araya toplanması, bir-biri ilə tanışlığı üçün çox yaxşı şans olduğunu bildirib: “Avropa Oyunlarının açılış mərasimində iştirak etdim. Şəxsən mənə çox xoş təsir bağışladı. Bu cür tədbirlər ölkələr və insanlar arasında yaxşı münasibətlərin qurulmasında çox mühüm rol oynayır”.