Azərbaycanda mənzil təminatının inkişafı ilə bağlı tədbirlər ÜDM-i 250 mln. manat artıracaq

Azərbaycanda mənzil təminatının inkişafı ilə bağlı tədbirlər ÜDM-i 250 mln. manat artıracaq
# 26 dekabr 2016 13:45 (UTC +04:00)

Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.

"APA-Economics" xəbər verir ki, xəritədə müəyyən edilmiş hədəflərə nail olmaq üçün 6 prioritet üzrə tədbirlər görüləcək, müvafiq imkanlardan və üstünlüklərdən tam istifadə ediləcək.

2020-ci ilədək strateji baxışda 2025-ci il üzrə uzunmüddətli baxışın aşağıdakı komponentləri prioritet təşkil edəcək:

- təxirəsalınmaz mənzil ehtiyaclarının qarşılanması üçün “MİDA” MMC tərəfindən uyğun qiymətə mənzil təminatı layihələrinin hazırlanması və həyata keçirilməsinin təşkili;

- uyğun qiymətə mənzillərin, həmçinin müvafiq sosial infrastrukturun, ictimai binaların (inzibati, qeyri-yaşayış və s.) tikintisində “MİDA” MMC-nin mövqeyinin daha da gücləndirilməsi üçün müvafiq normativ hüquqi baza yaratmaqla, Mənzil İnşaatı Dövlət Agentliyinə dəstək verilməsi və maliyyə vəsaitlərinin cəlb edilməsi.

6 prioritet üzrə tədbirlərin icra edilməsi nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in 250 mln. manat artacağı və bu sektorda 6000 əlavə iş yerinin yaradılacağı proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR