Putinə prezident vəsiqəsi təqdim olunub

Putinə prezident vəsiqəsi təqdim olunub
# 03 aprel 2018 09:36 (UTC +04:00)

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilova martın 18-də keçirilən prezident seçkilərinin qalibi olan Vladimir Putinə prezident vəsiqəsini təqdim edib.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, MSK sədri V. Putini seçkilərdə qazandığı qələbə münasibəti ilə təbrik edib.

Qeyd edək ki, V Putinin andiçmə mərasiminin mayın 7-də keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR