Vergilər Nazirliyində qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb

Vergilər Nazirliyində qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb
# 10 noyabr 2016 07:17 (UTC +04:00)

Vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun olaraq daha da təkmilləşdirilməsi, büdcə gəlirləri üzrə proqnoz tapşırıqlarının tam həcmdə yerinə yetirilməsi məqsədilə nazirlikdə bəzi struktur və kadr dəyişiklikləri aparılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı Vergilər Nazirliyinin kollegiyası müvafiq qərar qəbul edib.

Məlumata əsasən, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində bu məsələlərlə birbaşa məşğul olacaq müvafiq struktur bölmə - İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin tərkibində Qanunsuz sahibkarlıq fəaliyyətinə qarşı mübarizə şöbəsi yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR