“Şahdəniz”dən 5,1 mlrd. kubmetr qaz və 1,2 mln. ton kondensat hasil edilib

“Şahdəniz”dən 5,1 mlrd. kubmetr qaz və 1,2 mln. ton kondensat hasil edilib
# 17 avqust 2017 14:15 (UTC +04:00)

Bu ilin birinci yarısı ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam edib.

“Şahdəniz” yatağının operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin altı ayı ərzində yataqdan 5,1 mlrd. standart kubmetr qaz və 1,2 mln. ton (təqribən 9,7 mln. barel) kondensat hasil edilib.

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.

Bu ilin ilk altı ayı ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 249 mln. dollar əməliyyat xərcləri və təqribən 1,64 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz” Mərhələ 2 layihəsinə aiddir.

Qeyd edək ki, “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%), və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR