Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq

Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq
# 20 noyabr 2016 09:29 (UTC +04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var.

Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 783 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, noyabrın 21-də arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR