Hərbi Akademiyada növbəti buraxılış olub

Hərbi Akademiyada növbəti buraxılış olub
# 18 noyabr 2017 08:31 (UTC +04:00)

Silahlı Qüvvələrin Hərbi Akademiyasının təkmilləşdirmə və ingilis dili kurslarının növbəti buraxılışı keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, buraxılış mərasimlərində Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev çıxış edərək məzunları təbrik edib və gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Akademiyanın professor-müəllim heyəti ilə yanaşı, tədbirdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Adam Kavlik də iştirak edib.

Kursu bitirənlərə diplom və sertifikatlar təqdim olunub. Sonda məzunlarla xatirə şəkilləri çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR