Bakıda yataqxanada yanğın olub

Bakıda yataqxanada yanğın olub
# 29 noyabr 2017 16:31 (UTC +04:00)

Bakıda yataqxanada yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Xətai rayonunda baş verib.

İkimərtəbəli yataqxananın birinci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik sayğacı və 2 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR