Azərbaycan nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında iştirak edir

Azərbaycan nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında iştirak edir
# 16 noyabr 2017 06:51 (UTC +04:00)

Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə noyabrın 13-də işinə başlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Konfransın açılış mərasimində BMT-nin baş katibi Antonio Quterreş, Ficinin baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı noyabrın 17-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR