Bakıda 1 kq heroin dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ə.Qubadov Xətai rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 10 qram heroin götürülüb.
Faktla bağlı araşdırma aparılır.