Bugünkü depozit hərracında tələb təklifdən 1,4 dəfə az olub

Bugünkü depozit hərracında tələb təklifdən 1,4 dəfə az olub
# 11 dekabr 2017 09:25 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən "APA-Ecoonmics"ə verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 292,50 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,68% təşkil edib.

Bununla da depozit hərracında tələb təklifdən 1,36 dəfə az olub.

Qeyd edək ki, bugünkü depozit hərracında 400 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR