Qaxda 53 yaşlı kişini ilan sancıb

Qaxda 53 yaşlı kişini ilan sancıb
# 17 iyul 2015 07:17 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda 53 yaşlı kişini ilan sancıb. Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gecə saat 04 radələrində rayonun Güllük kənd sakini, 1962-ci il təvəllüdlü Məmmədvəli Məmmədrəhim oğlu Namazov ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub. 53 yaşlı Məmmədvəli Namazov yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Məmmədvəli Namazova lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR