ETSN Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib

ETSN Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib
# 23 oktyabr 2016 10:27 (UTC +04:00)

Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 9-11 ° isti təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR