Xaçmazda mağaza yanıb

Xaçmazda mağaza yanıb
# 20 dekabr 2016 21:59 (UTC +04:00)

Xaçmazda mağaza yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Sabiroba kəndində vətəndaşa məxsus ümumi sahəsi 44 m2 olan iki otaqdan ibarət mağazada baş verib. Nəticədə mağazanın dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə və bir otağın içərisində 1 ədəd televizor, 1 ədəd kondisioner və 1 ədəd yataq dəsti yanıb. Mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR