ABŞ-da iki təyyarə toqquşub, ölənlər var

ABŞ-da iki təyyarə toqquşub, ölənlər var
# 03 aprel 2018 04:41 (UTC +04:00)

ABŞ-ın İndiana ştatında iki təyyarə toqquşub.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib. Hadisə Marion şəhərinin hava limanında qeydə alınıb.

“Cessna 150” və "Cessna 525 Citation" markalı təyyarələrin uçuş-enmə zolağında toqquşması nəticəsində 2 nəfər ölüb.

Ehtimala görə, qəza təyyarələrdən birinin yerə endiyi, digərinin isə havaya qalxdığı zaman baş verib. İnsidentin səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR