Səfir: "25 illik diplomatik münasibətlərimiz dövründə 7 min azərbaycanlı dövlət proqramları əsasında ABŞ-da təhsil alıb"

Səfir: "25 illik diplomatik münasibətlərimiz dövründə 7 min azərbaycanlı dövlət proqramları əsasında ABŞ-da təhsil alıb"
# 20 oktyabr 2017 15:08 (UTC +04:00)

ABŞ-la Azərbaycan arasında mövcud olan 25 illik diplomatik münasibətlər ərzində müxtəlif dövlət proqramları əsasında 7 min azərbaycanlı ABŞ-da təhsil alıb.

APA-nın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən Amerika Təhsil sərgisində bildirib.

Səfir deyib ki, təhsil sərgisində ABŞ-ın müxtəlif sahələrini təmsil edən 11 müxtəlif təhsil müəssisəsinin nümayəndələri iştirak edirlər: "Sərginin məqsədi azərbaycanlılara ABŞ-da təhsil almağın yollarını göstərmək və bu sahədə kömək etməkdir. Tələbələr ABŞ-da incəsənət, xarici dillər, texnologiya sahəsində təhsil almaqla həm ölkələr arasında körpü salmış, həm də öz ölkələrinin inkişafına töhfə vermiş olurlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR