Xaçmazda avtomobil at arabası ilə toqquşub, ölən var

Xaçmazda avtomobil at arabası ilə toqquşub, ölən var
# 16 oktyabr 2017 17:49 (UTC +04:00)

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "Mercedes Vito" markalı avtomobil at arabası ilə toqquşub.

Qəza nəticəsində rayonun Qaradağ Buduq kənd sakini, 62 yaşlı Nuru Zeynalov ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR