ABŞ Dövlət Departamenti: “Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir”

ABŞ Dövlət Departamenti: “Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir”
# 15 fevral 2017 23:56 (UTC +04:00)

Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvindən danışmaq hələ ki, tezdir.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Məlumata görə, rəsmi Vaşinqton adıçəkilən məsələdə Avropa ölkələrinin ABŞ-la həmrəy olacağına ümid bəsləyir.

Qeyd edək ki, yanvarın 27-də ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirdiyi birgə mətbuat konfransında Rusiyaya qarşı sanksiyaların tezliklə ləğv olunmayacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR