Sığorta vasitəçiliyi üzrə fəaliyyətin lisenziyalaşdırılması üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşib

Sığorta vasitəçiliyi üzrə fəaliyyətin lisenziyalaşdırılması üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşib
# 09 mart 2017 14:07 (UTC +04:00)

Mart 13-dən aprelin 19-dək sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçiriləcək.


Palatadan "APA-Economics"ə verilən xəbərə görə, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" qaydalarının 4.1-ci bəndi ilə tənzimlənən attestasiyada 173 nəfər iştirak edəcək.


Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR