"Milan"ın futbolçusu "Fənərbaxça"ya keçib

"Milan"ın futbolçusu "Fənərbaxça"ya keçib
# 16 yanvar 2020 13:42 (UTC +04:00)

"Milan"ın müdafiəçisi Rikardo Rodriges karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

PSV-nin təklifini qəbul etməyən İsveçrə millisinin sol cinah oyunçusu "Fənərbaxça" ilə anlaşıb. Razılığa görə, 28 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında İstanbul klubunun formasını geyinəcək.

"Sarı-lacivərdlilər" onu yayda birdəfəlik transfer etmək istəsələr, qarşı tərəfə 6 milyon avro ödəməli olacaqlar.

Qeyd edək ki, Rikardo Rodrigesin "Milan"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR