İranda Prezident Seçkiləri Qərargahına sədr təyin olunub

İranda Prezident Seçkiləri Qərargahına sədr təyin olunub
# 27 dekabr 2016 07:46 (UTC +04:00)

İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzlinin sərəncamı ilə Əli Əsğər Əhmədi Prezident Seçkiləri Qərargahının sədri təyin olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, nazirin digər nazir Qərargahın icraçı üzvlərinin təyinatına dair də sərəncamlar imzalayıb.

Qeyd edək ki, hazırda mühafizəkarlar (üsulgəra) keçiriləcək prezident seçkilərində islahatçıların dəstəklədiyi prezident Həsən Ruhani ilə rəqabət apara biləcək vahid namizədin seçilməsi üzərində danışıqlar aparırlar. Bəziləri Tehran meri Məhəmməd Baqir Qalibafın H. Ruhani ilə rəqabət aparacağı fikrindədir. Qalibaf seçkilərə qatılacağını elan etməsə, əvvəlki prezident seçkilərində şansı çox olan rəqiblərdən biri olub.


İranda prezident seçkilərinə 5 aydan az vaxt qalıb. Növbəti seçkilərdə ölkənin prezidenti seçilməklə yanaşı, şəhər şurasına seçkilər də keçiriləcək. Seçkilərin 2017-ci ilin mayın 19-da keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR