Sabirabad və Mingəçevir sakinlərindən silah-sursat götürülüb

Sabirabad və Mingəçevir sakinlərindən silah-sursat götürülüb
# 04 iyun 2018 09:40 (UTC +04:00)

Sabirabad və Mingəçevir sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Şıxlar kənd sakini Mehman Əliyevdə müvafiq sənədləri olmayan “Vinçester” markalı ov tüfəngi aşkarlanıb.

Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynovdan kustar üsulla hazırlanmış tüfəng, 357 ədəd pulemyot patronu və 20 ədəd avtomat patronu götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR