Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər - EKSKLÜZİV

Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər - <span style="color: red;">EKSKLÜZİV
# 01 fevral 2018 15:34 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popovun (Rusiya) regiona səfərlərinin dəqiq tarixi məlum olub.

Diplomatik mənbə APA-ya eksklüziv olaraq bildirib ki, vasitəçilərin regiona səfəri Azərbaycandan başlanacaq.

Onlar fevralın 3-də Bakıya gələcəklər.

Fevralın 4-də həmsədrlərin Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Vasitəçilər Bakıdan İrəvana yollanacaq, orada Ermənistan rəhbərliyi ilə görüşəcəklər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR