Bank Of Baku

“Korrupsiya və şəffaflıq” işçi qrupunun gələn il üçün fəaliyyət planı müzakirə edilib

“Korrupsiya və şəffaflıq” işçi qrupu

© APA | “Korrupsiya və şəffaflıq” işçi qrupu

# 24 dekabr 2021 17:34 (UTC +04:00)

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “PricewaterhouseCoopers Azerbaijan”, “Deloitte Azerbaijan”, “Ekvita”, “KPMG Azərbaycan Limited”, “Azercell”, “Azerconnect”, “Agro Diary” şirkətləri və digər qurumların nümayəndələri iştirak ediblər.

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev iclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən 2021-ci ilin Fəaliyyət Planına əsasən görülmüş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

İclasda iştirak edən digər dövlət qurumlarının əməkdaşları, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri işçi qrupu tərəfindən görülmüş tədbirlərlə bağlı çıxış edib, işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının hazırlanmasına dair fikir mübadiləsi aparılıb, layihənin müasir yanaşmaların tətbiqi ilə formalaşdırılması qeyd edilib və zəruri təkliflər irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR