Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotiklərin miqdarı ilə bağlı dəyişiklik təsdiqlənib

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotiklərin miqdarı ilə bağlı dəyişiklik təsdiqlənib
# 20 fevral 2017 16:28 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

APA-nın məlumatına görə, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın “III SİYAHI Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” fəsli aşağıdakı redaksiyada verilib:

“III SİYAHI

Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər

Bitkilərin adı

Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı

xeyli miqdar

külli miqdar

(daxil olmaqla aşağı hədləri)

Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər:

1. tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri

2. çətənə növlü bitkilər

2-10 ədəd

3-15 ədəd

11 ədəd

16 ədəd

Yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosları

3-50 ədəd

51 ədəd

Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər:

1. kokain kolu

2. kat

1 ədəd

2ədəd

2 ədəd

3 ədəd

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR