Yəməndə “Əl-Qaidə”yə qarşı keçirilən əməliyyat zamanı 3 amerikalı hərbçi ölüb - YENİLƏNİB

Yəməndə “Əl-Qaidə”yə qarşı keçirilən əməliyyat zamanı 3 amerikalı hərbçi ölüb - <span style="color: red;">YENİLƏNİB
# 29 yanvar 2017 17:46 (UTC +04:00)

Yəməndə “Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyat zamanı ölən ABŞ hərbçilərinin sayı 3-ə çatıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 1 xüsusi təyinatlının öldüyü, 3-nün yaralandığı bildirilirdi.

Məlumata görə, yanvarın 29-da ABŞ hərbi təyyarələrinin endirdiyi hava zərbələri nəticəsində azı 30 “Əl-Qaidə” silahlısı məhv edilib.

Associated Press agentliyinin Yəmən hökumətinə istinadən verdiyi məlumata əsasən, havadan hücumlara qurudan da dəstək verilib. “Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyatda ABŞ xüsusi təyinatlıları iştirak edib.

***

18:32

Yəməndə “Əl-Qaidə” terror təşkilatının silahlılarına qarşı keçirilən əməliyyat zamanı bir ABŞ hərbçisi ölüb, üç hərbçi yaralanıb.

APA-nın “Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb.

Digər bir hərbçi isə hərbi vertolyotun yerə sərt enişi nəticəsində yaralanıb. Uçuş qabiliyyətini itirən vertolyot məqsədli şəkildə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR