Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb
# 07 fevral 2018 09:58 (UTC +04:00)

Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunan sərginin rəsmi açılışı olacaq. Rəsmi açılış mərasimində Vyaçeslav Volodin və Oqtay Əsədov da iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR