Xudatda velosipedçini maşın vuraraq öldürüb

Xudatda velosipedçini maşın vuraraq öldürüb
# 26 avqust 2017 22:06 (UTC +04:00)

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Yalama yolunda qeydə alınıb. "VAZ 21 07" markalı avtomaşın velosipedçini vurub. Ağır bədən xəsarətləri alan Xudat şəhər sakini, 1952-ci il təvəllüdlü Cəbrayılov Ağadayı Vəliyulla oğlu Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR