BANM-də ISO standartının tətbiqi genişlənir

BANM-də ISO standartının tətbiqi genişlənir
# 08 dekabr 2016 08:07 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində (BANM) Türk Standartları İnstitutunun (TSİ) auditorları beynəlxalq standartların tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirirlər.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, bununla əlaqədar olaraq, TSİ-nin Azərbaycan üzrə təmsilçisi Selim Çelebi, TSİ-nin baş auditoru Volkan Cağın və SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanovun iştirakı ilə BANM-in rəhbərliyi və professor-müəllim heyətinin görüşü keçirilib. BANM-də üç modul üzrə İSO beynəlxalq standartının tətbiq edildiyini deyən rektor Elmar Qasımov Ali Məktəbin digər modullar üzrə standartların əldə olunmasına çalışdığını bildirib. O, BANM-də İSO-nun tətbiqinin Ali Məktəbin inkişafına xidmət etdiyini deyib.

Səlim Çələbi BANM-in BANM-in gələcəkdə digər modullar üzrə yeni standartların əldə olunmasına nail olacağına əminliyini ifadə edib.

BANM ilk və yeganə ali təhsil müəssisəsidir ki, İSO-nun üç istiqaməti üzrə - ISO 9001 “Keyfiyyət İdarəetmə Sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi” üzrə beynəlxalq sertifikata sahib olub. 2014-cü ilin dekabrında TSİ-nin auditorları beynəlxalq standartların BANM-də tətbiqinə dair qiymətləndirmə tədbirləri həyata keçirərək BANM-in bütün struktur bölmələrində dünyada qəbul olunmuş ISO standartlarına uyğun olaraq keyfiyyətin təminatı, ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemlərinin tətbiq edildiyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR