Binəqədidə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib

Binəqədidə 1 İyun  Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib
# 01 iyun 2018 15:43 (UTC +04:00)

Binəqədi Rayonu İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Doğumun təntənəli qeydə alınması” ilə bağlı tədbir keçirilib.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi Baş məsləhətçisi Firuzə Nəbiyeva, Binəqədi Rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova, Binəqədi rayonu Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini İsrail Qasımov, Yeni dünyaya gəlmiş körpələr və onların valideynləri iştirak edib.

Binəqədi Rayon Qeydiyyat Şöbəsinin müdiri Tahirə Əsgərova Uşaqların cəmiyyətin sabahı olduğunu və onların yüksək standartlara cavab verən təlim-tərbiyə xidmətləri ilə təmin olunmasının ölkəmizdə əsas istiqamət olduğunu bildirib. Çıxış edən Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini İsrail Qasımov ölkədə uşaqların hüquqlarının müdafiəsi istiqamətində olduqca böyük işlər görüldüyünü qeyd edib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uşaq hüquqlarının müdafiəsi ilə bağlı təşəbbüsün bu gün də layiqli şəkildə davam etdirildiyini qeyd edib. Natiq bildirib ki, ölkə başçısı İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlara göstərilən diqqət və qayğı özünü ən aydın şəkildə göstərir.

Daha sonra yeni dünyaya gəlmiş körpə anaları otaqlarında ziyarət edilib, onlara körpələrinin doğum haqqında şəhadətnamələri və hədiyyələr təqdim edilib.

28 May Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü günündə anadan olan körpələrin valideynlərinə xatirə olaraq Azərbaycan Respublikasının Dövlət Bayraqları verilib.

Sonda Binəqədi Rayonu İcra Hakimiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş idarəsi Binəqədi Rayon Qeydiyyat Şöbəsinin tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində dünyaya gələn körpələrə bu münasibətlə məktublar ünvanlanıb. Məktubda müstəqil və inkişaf edən Azərbaycan Respublikasının vətəndaşı kimi onun qüdrətinin daha da artmasında onların da imzalarının olacağından əminlik qeyd edilib, dövlətə və ailələrinə layiqli övladlar olmaları arzu edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR