Rusiyada avtobusla yük maşını toqquşub, 20 nəfər xəsarət alıb

Rusiyada avtobusla yük maşını toqquşub, 20 nəfər xəsarət alıb
# 22 fevral 2017 22:38 (UTC +04:00)

Rusiyanın Kamçatka diyarında ağır yol qəzası baş verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, sərnişin avtobusu ilə “KamAZ” yük maşınının toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.

Petropavlovsk-Kamçatskiy şəhərindən Milkovo qəsəbəsi istiqamətində hərəkət edən avtobusda 25 nəfər olub. Qəza nəticəsində sürücü və dörd sərnişin avtobusda sıxılmış vəziyyətdə qalıb.

Hadisə yerinə polis, təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb edilib. Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR