ABŞ-da baş verən meşə yanğınlarında 11 nəfər ölüb

ABŞ-da baş verən meşə yanğınlarında 11 nəfər ölüb
# 02 dekabr 2016 12:52 (UTC +04:00)

ABŞ-ın Tenessi ştatında baş verən meşə yanğınları zamanı 11 nəfər ölüb.

APA-nın “NBC News”a istinadən verdiyi məlumata görə, son məlumata əsasən daha 74 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan bəziləri xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində 700 bina və yaşayış evi zərər görüb. 14 min nəfər təxliyyə olunub. Daha 70 nəfər isə itkin düşüb və xilasedicilər onların axtarışı ilə məşğuldur.

Hadisənin əsas ocağı “Greyt Smoki Mauntins” milli parkıdır. Yanğın noyabrın 29-da başlayıb. Hazırda 6,9 min hektar ərazini əhatə edir. Yanğının yayılmasının qarşısı alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR