Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb
# 26 noyabr 2016 15:08 (UTC +04:00)

Ağcabədi rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.


Hadisə nəticəsində xəsarət alanlar Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. 1991-ci il təvəllüdlü Ağcabədi rayon sakini Hüseynov Vasif Zahid oğlunun vəziyyəti ağırdır. Həkimlər onu ağız və burun nahiyəsində baş vermiş əzilmədən sonra başlayan qanaxmanı dayandırmaq üçün əməliyyata götürüb.


1982-ci il təvəllüdlü Cəfərov Anar Məzahir oğlu isə keçirdiyi qəzadan şoka düşüb.

V. Hüseynov və A. Cəfərovu xəstəxanaya çatdıran şəxslər onların avtomobil qəzası nəticəsində xəsarət aldıqlarını bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR