ETSN: Bakıda toz miqdarı normadan 25 faiz yuxarıdır

ETSN: Bakıda toz miqdarı normadan 25 faiz yuxarıdır
# 29 mart 2018 10:21 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçərək, hər üç saatdan bir atmosfer havasında müşahidələr aparır.

Nazirlikdən APA-ya bildirilib ki, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 29 mart 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb.


Xatırladaq ki, saat 09:00 da bu göstərici 20 faiz təşkil edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR