BMT: Myanmada daşqınlar nəticəsində 39 nəfər ölüb

BMT: Myanmada daşqınlar nəticəsində 39 nəfər ölüb
# 03 avqust 2015 23:31 (UTC +04:00)

Bakı-APA. Myanmada baş verən şiddətli yağıntı və daşqınlar nəticəsində 39 nəfər ölüb, 200 mindən çox insana zərər dəyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Onun sözlərinə görə, Ümumdünya ərzaq proqramı artıq təbii fəlakət ərazilərində yaşayan əhaliyə qida məhsulları göndərməyə başlayıb.

Qeyd edək ki, Myanma hökuməti ölkənin dörd regionunda fövqəladə vəziyyət rejimi tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR