Azərbaycanda Aqil Əliyevin 90 illik yubileyi keçiriləcək

Azərbaycanda Aqil Əliyevin 90 illik yubileyi keçiriləcək
# 08 dekabr 2016 15:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasına Səhiyyə Nazirliyi və Təhsil Nazirliyi ilə birlikdə Aqil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qeyd edək ki, 2016-cı ilin dekabr ayında Azərbaycanın görkəmli alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, iqtisad elmləri doktoru, professor Aqil Əlirza oğlu Əliyevin anadan olmasının 90 illiyi tamam olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR