Bu il Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi 200 milyon manat olacaq

Bu il Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi 200 milyon manat olacaq
# 28 iyul 2018 10:14 (UTC +04:00)

"Bu gün Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir".

APA-Economics”in məlumatına görə, bunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov bu gün Bakıda "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkil"i mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanda sənaye parkları yaradılarkən burada 10 min insanın işlə təmin ediləcəyi nəzərdə tutulmuşdu: “Bu gün isə artıq bu sənaye parklarında 11 minə yaxın insan çalışır. Gələcəkdə isə burada daha 7 500-ə yaxın yeni iş yerlərinin açılması nəzərə tutulub”.

O qeyd edib ki, indiyə qədər Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına yatırılan investisiyaların həcmi 2,6 mlrd. dollar təşkil edir: “5 il əvvəl “Sumqayıt Kimya Sənaye Parkı”nın investisiya portfeli 860 milyon dollar təşkil edib. Hazırda isə Sumqayıt Kimya Sənaye Parkının investisiya portfeli 2 milyard dollara yaxın təşkil edir”.

O vurğulayıb ki, Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi gündən-günə artmaqdadır: “Əgər 2015-ci ildə bu göstərici 24 milyon manat idisə, 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi 140 milyon manat təşkil edib. Cari ildə biz bu dövriyyənin 200 milyon manat olacağını gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR