Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışanların maaşı artırılıb

Kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışanların maaşı artırılıb
# 03 mart 2018 15:10 (UTC +04:00)

Prezident İlham Əliyev kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR