Nazir İstanbul aeroportunda Azərbaycan vətəndaşının yaralanması barədə xəbərlərə münasibət bildirib

Nazir İstanbul aeroportunda Azərbaycan vətəndaşının yaralanması barədə xəbərlərə münasibət bildirib
# 06 fevral 2020 12:45 (UTC +04:00)

“Dünən İstanbulda Sabiha Gökçen hava limanında təyyarənin uçuş zolağından çıxması nəticəsində 3 nəfər ölüb”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu qeyd edib ki, əgər təyyarədə xəsarət alanlar arasında Azərbaycan vətəndaşı olsa, heç bir fərq qoyulmadan ona da lazımi yardım göstəriləcək: "Çünki biz bir millət, iki dövlətik".

Qeyd edək ki, fevralın 5-də İstanbulun Sabiha Gökçen hava limanında göyərtəsində təyyarə uçuş zolağından çıxaraq, qəzaya uğrayıb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR