Fransa XİN rəhbəri Trampı miqrasiya siyasətini sərtləşdirdiyi üçün tənqid edib

Fransa XİN rəhbəri Trampı miqrasiya siyasətini sərtləşdirdiyi üçün tənqid edib
# 29 yanvar 2017 13:37 (UTC +04:00)

Fransa xarici işlər naziri Jan-Mark Eyro ABŞ prezidenti Donald Trampı miqrasiya siyasətini sərtləşdirməsi ilə əlaqədar tənqid edib.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Fransa xarici işlər naziri deyib ki, terrorizm təhlükəsi qarşısında qorxu qaçqınları yerləşdirməkdən imtina etməyə əsas ola bilməz.

Jan-Mark Eyro bildirib ki, qaçqınların qəbulu həmrəylikdən doğan borcdur: “Terrorizmin vətəndaşlığı yoxdur. Diskriminasiya cavab ola bilməz”.

Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb. Bu müddət başa çatdıqdan sonra ABŞ il ərzində sığınacaq verəcəyi miqrantların sayı 50 min nəfərdən çox olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR