Ağdamda kürəkən qayınanasını döyüb

Ağdamda kürəkən qayınanasını döyüb
# 28 oktyabr 2016 17:02 (UTC +04:00)

Ağdamda kürəkən qayınanasını döyüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Əhmədağalı kəndində qeydə alınıb. Fərqanə Ağayevanın evinə qonaq gələn kürəkəni, Eyvaz adlı şəxs ailə münaqişəsi zəminində ona xəsarət yetirib. Səs-küyə gələn qonşular F. Ağayevanı xilas etməyə çalışanda müxtəlif bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Elviq Abbasov və Zaur Əhmədov kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR