Dövlət qurumlarından 3-ü informasiya sistemləri ilə bağlı anket sorğusunu cavablandırıb

Dövlət qurumlarından 3-ü informasiya sistemləri ilə bağlı anket sorğusunu cavablandırıb
# 11 avqust 2015 07:29 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Ədliyyə Nazirliyi, Milli Arxiv İdarəsi və Satınalmalar üzrə Dövlət Agentliyi informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandırıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Məlumat Hesablama Mərkəzi bu ilin sentyabr ayından dövlət orqanlarının mülkiyyətində olan informasiya sistemlərinin növbəti monitorinqini keçirmək niyyətindədir.

Bununla əlaqədar müvafiq məlumatların əvvəlcədən əldə edilməsi məqsədi ilə mərkəz tərəfindən mülkiyyətində olan informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün anket sorğusu hazırlanaraq 36 dövlət qurumuna göndərilib.

Artıq informasiya sistemlərindən səmərəli istifadənin müəyyən edilməsi üçün tərtib olunmuş anket sorğusunu cavablandıran dövlət qurumlarının sayı 23-ə çatıb.

Buna qədər anket sorğusunu cavablandıran qurumlar sırasında Fövqəladə Hallar, Gənclər və İdman, İqtisadiyyat və Sənaye, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Energetika, Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə Sənayesi nazirlikləri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Müəllif Hüquqları Agentliyi, Statistika, Qiymətli Kağızlar, Diasporla İş, Şəhərsalma və Arxitektura, Əmlak Məsələləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri, Dövlət Miqrasiya Xidməti, “Azərsu” ASC və “Azərenerji” ASC yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR