Bakı-Qazax yolunda avtomobil aşıb, xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Qazax yolunda avtomobil aşıb, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 21 avqust 2017 09:07 (UTC +04:00)

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.

“Toyota Land Cruiser” markalı avtomobil təkərin partlaması nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə sürücü, 1988-ci il təvəllüdlü Orxan Həsənov, avtomobildə olan sərnişinlər - Xırdalan şəhər sakini, 1966-cı il təvəllüdlü Həsənova Sima Şamil qızı və Nahidə Hsənova xəsarət alıb. Onların bir ailənin üzvü olduğu bildirilir.

Xəsarət alan şəxslər Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR