Paşha Bank
Bank Of Baku

Bakıda təcili yardıma daxil olan çağırışların gecikməsinin səbəbi bilinib

Bakıda təcili yardıma daxil olan çağırışların gecikməsinin səbəbi bilinib
# 05 yanvar 2022 15:15 (UTC +04:00)

“Bakıda təcili yardım üzrə 139 briqada 1700-1800 çağırışı normal şəkildə həyata keçirə bilir”.

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva stansiyanın bayram günlərindəki iş fəaliyyəti haqqında canlı yayımda çıxışında deyib.

O bildirib ki, təcili yardımın ünvana çatma vaxtı 40 dəqiqə çəkməlidir: “Çağırışlar çox olanda müəyyən gecikmələr olub. Say 3300-ə çatanda gecikmə qaçılmazdır. Travmalar, ürək tutmaları, qıcolmalar zamanı, hamilələrin, uşaqların təcili yardıma çağırışlarını ilk növbədə həyata keçirməyə çalışırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR