“Bakıda təcili yardım üzrə 139 briqada 1700-1800 çağırışı normal şəkildə həyata keçirə bilir”.
APA-nın məlumatına görə, bunu Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva stansiyanın bayram günlərindəki iş fəaliyyəti haqqında canlı yayımda çıxışında deyib.
O bildirib ki, təcili yardımın ünvana çatma vaxtı 40 dəqiqə çəkməlidir: “Çağırışlar çox olanda müəyyən gecikmələr olub. Say 3300-ə çatanda gecikmə qaçılmazdır. Travmalar, ürək tutmaları, qıcolmalar zamanı, hamilələrin, uşaqların təcili yardıma çağırışlarını ilk növbədə həyata keçirməyə çalışırıq”.