Luqansk separatçılarının lideri mühasirəyə alınıb, tərəfdarları həbs edilir

Luqansk separatçılarının lideri mühasirəyə alınıb, tərəfdarları həbs edilir
# 22 noyabr 2017 13:44 (UTC +04:00)

Ukraynanın separatçıların nəzarətində olan Luqansk şəhərində yerli separatçıların rəhbəri İqor Plotnitskiyə yaxın şəxslərin həbsinə başlanıb, onun özü isə “hökumət evi”ndə mühasirədə saxlanılır.

APA-nın "unian.net" saytına istinadən verdiyi məlumata görə, “Luqansk Xalq Respublikası”nın vəzifədən çıxarılan daxili işlər naziri İqor Kornetə sadiq qüvvələr “rəsmi” binaları tədricən nəzarətə götürür.

Bu gün yerli vaxtla saat 11.50-də 200 hərbçi yerli Baş Prokurorluğa hücum çəkərək, baş prokuror vəzifəsini icra edən V. Podobrıy və idarə rəisi S. Raxnonu saxlayıblar.

Qeyd edək ki, noyabrın 20-də qondarma “Luqansk Xalq Respublikası”nın rəhbəri İ. Plotnitskiy daxili işlər naziri İ. Korneti vəzifəsindən azad edib. Ancaq İ. Kornet İ. Plotnitskiyə tabe olmaqdan və istefa verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR