“Günay Sığorta” ötən il öhdəliklərini 3,3 dəfə artırıb

“Günay Sığorta” ötən il öhdəliklərini 3,3 dəfə artırıb
# 31 mart 2018 08:25 (UTC +04:00)

“Günay Sığorta” ASC ötən il aktivlərini artırıb.

APA-Economics” şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, “Günay Sığorta”nın məcmu aktivləri 2016-cı illə müqayisədə 44,2% artaraq 14 mln. 348,838 min manat olub.

Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 2 mln. 685,592 min manat, qısamüddətli aktivləri 11 mln. 663,245 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 3,3 dəfə artaraq 6 mln. 515,668 min manat olub. 2017-ci ilin sonuna şirkətin uzunmüddətli öhdəlikləri 6 mln. 172,300 min manat, qısamüddətli öhdəlikləri isə 343,368 min manat təşkil edib.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 7 mln. 700 min manat, cəmi kapitalı isə 0,35% artaraq 7 mln. 833 min 169,10 manat təşkil edib.

2017-ci ildə “Günay Sığorta”nın cəmi gəlirləri 5 mln. 506 min 511,31 manat, cəmi xərcləri 5 mln. 410 min 555,97 manat olub.

Şirkət ötən ili 95 min 955,34 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR